[r32] 2024-02-06 06:00:25- Xeber –
Siqaret çəkməyən insanlarda xərçəngin əlamətləri açıqlanıb.
“Report” xəbər verir ki, bu barədə “Metro” məlumat yayıb.
Böyük Britaniyadan olan həkim Debora Li vurğulayıb ki, həyatı boyu siqaret çəkməyən və ya 100-dən az siqaret çəkməyən insanlarda da ağciyər xərçəngi aşkar edilir. Onun sözlərinə görə, bu ümumi xəstələrin 14 faizini təşkil edir.
O əlavə edib ki, siqaret çəkməyənlərdə ağciyər xərçənginin simptomlarına qanlı öskürək, davamlı nəfəs darlığı, nəfəs alarkən və ya öskürərkən sinədə ağrı, yorğunluq və səbəbsiz kilo itkisi daxildir.
[r34]