[r32] 2024-02-06 02:29:24- Xeber –
“İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyat dünya hərb tarixinin ən çətinlərindən biridir”.
“Report” xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
O qeyd edib ki, İsrail qoşunları Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən anklavda inşa edilən yeraltı tunellərdə inamla fəaliyyət göstərir.
“Mən burada sizə açıq və birmənalı şəkildə demək istəyirəm: Qəzzada quru əməliyyatı bütün bəşəriyyətin müharibələri tarixində ən çətin əməliyyatlardan biridir.
Mən müharibələrin tarixini yaxşı bilirəm və sizə bunu deyirəm: İsrail Müdafiə Qüvvələri əvvəllər heç vaxt görülməmiş bir əməliyyat həyata keçirir, bunu peşəkarcasına, cəsarətlə, fədakarlıqla edir və təsirli nəticələr əldə edirlər ”,- deyə o qeyd edib.
Bizim WhatsApp kanalımıza abunə olun
[r34]