[r32] 2024-02-05 16:06:13- Xeber –
Rusiya klubları “SKA-Xabarovsk” ilə “Çelyabinsk” arasında keçirilən yoldaşlıq görüşündə kütləvi dava baş verib.
“Report” xəbər verir ki, hadisə Türkiyə təlim-məşq toplanışı çərçivəsində təşkil olunan qarşılaşmanın final fitindən dərhal sonra yaşanıb.
Görüşün ardından iki oyunçu arasında başlayan münaqişə böyüyüb və hər iki tərəfin futbolçuları bir-birilərini vurmağa başlayıblar.
Qeyd edək ki, qarşılaşma “Çelyabinsk”in 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizim WhatsApp kanalımıza abunə olun
[r34]