[r32] 2024-02-05 09:54:39- Xeber –
Cənubi Koreya və Səudiyyə Ərəbistanı hərbi-sənaye kompleksi və silahların birgə inkişafı sahəsində Anlaşma Memorandumu imzalayıblar.
“Report” xəbər verir ki, bunu Koreya Respublikasının Milli Müdafiə Nazirliyində keçirilən brifinqdə Müdafiə Satınalmaları Proqramının (DAPA) rəsmi nümayəndəsi Çoi Hyon-ho (Choi Hong-hi) bildirib.
“Hazırkı Anlaşma Memorandumu müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır”, – o qeyd edib.
Cənubi Koreya KİV-lərinin məlumatına görə, Memorandum silahların birgə inkişafının əsasını qoymalıdır.
[r34]