[r32] 2024-02-04 21:54:19- Xeber –
ABŞ-da işgüzar səfərdə olan Slovakiya Prezidenti Zuzana Çaputovanın koronavirus testi müsbət çıxıb.
“Report” xəbər verir ki, bu barədə TASR informasiya agentliyi məlumat yayıb.
Pittsburqda olan Çaputova xəstəliyi səbəbindən ABŞ-a səfərinin son günü – fevralın 4-də iş proqramını ləğv edib. O, fevralın 1-də Kanadadan ABŞ-a gəlib, daha sonra Kaliforniyaya gedib. Prezident sahibkarlardan ibarət nümayəndə heyətinin rəhbərliyi ilə, xüsusən də “Google” şirkətinin baş ofisində olub.
Çaputova fevralın 5-də Slovakiyaya qayıtmalıdır, o, yaxın günlər üçün iş proqramını ləğv edib.
[r34]