İçeriğe geçmek için "Enter"a basın

Tərtərdə minaya düşən gəncin son durumu açıqlanıb

04-02-2024

[r32] 2024-02-04 20:19:14- Xeber –
Tərtərin Qızıloba kəndində minaya düşən rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvvəllüdlü Əlizadə Həsənəli Şahin oğlunun vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.
“Report”un Qarabağ Bürosunun məlumatına görə, o, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yaralıya ilkin tibbi yardım göstərilib.
Ona partlayış travması, sağ aşağı ətrafın çoxsaylı qəlpə yarası, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu qoyulub.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

[r34]

Mənbə

Terterde minaya dusen gencin son durumu aciqlanib