İçeriğe geçmek için "Enter"a basın

Ekvador sahillərində 1,5 tona yaxın narkotik maddə müsadirə edilib

03-02-2024

[r32] 2024-02-03 23:42:00- Xeber –
Ekvadorun hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin ərazi sularında həyata keçirdikləri əməliyyat nəticəsində 1,5 tona yaxın narkotik maddə müsadirə ediblər.
“Report” xəbər verir ki, bu barədə Ekvador polisi məlumat yayıb.
Qeyd olunub ki, Esmeraldas əyalətinin sahillərində Kolumbiya Hərbi Dəniz Qüvvələri ilə birgə keçirilən əməliyyat nəticəsində 1,5 tona yaxın narkotik maddə ələ keçirilib və 4 nəfər saxlanılıb.
Xatırladaq ki, qaçaqmalçılar tez-tez Ekvador ərazisindən narkotikləri Cənubi Amerikadan Avropa və ABŞ-a çatdırmaq üçün regionun digər ölkələrinə daşımaq üçün istifadə edirlər.

[r34]

Mənbə

Ekvador sahillerinde 1,5 tona yaxin narkotik madde musadire edilib