İçeriğe geçmek için "Enter"a basın

İordaniya təyyarələrinin İraqa hücumlarda iştirakını inkar edib

03-02-2024

[r32] 2024-02-03 21:26:58- Xeber –
İordaniya hərbi təyyarələri İraqdakı hava hücumlarında iştirak etməyib.
“Report” xəbər verir ki, bu barədə “Petra” agentliyi İordaniya Silahlı Qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.
Daha əvvəl bəzi KİV-lər İordaniya ordusunun təyyarələrinin İraq ərazisinin atəşə tutulmasında iştirak etdiyi barədə məlumat yayıblar.
“İordaniya təyyarələrinin Amerikanın İraqda həyata keçirdiyi əməliyyatlarda iştirakı ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqətə uyğun deyil. İordaniya silahlı qüvvələri qardaş İraqın müstəqilliyinə hörmətlə yanaşır”, – mənbə bildirib.

Bizim WhatsApp kanalımıza abunə olun

[r34]

Mənbə

İordaniya teyyarelerinin İraqa hucumlarda istirakini inkar edib