İçeriğe geçmek için "Enter"a basın

Gürcüstanın baş nazir namizədi Cənubi Qafqazda sülhə töhfə verəcəyini vəd edib

03-02-2024

[r32] 2024-02-03 12:23:56- Xeber –
Gürcüstan Cənubi Qafqazda sülhün, əməkdaşlığın və sabitliyin təşviqi üçün səylərini davam etdirəcək, həmçinin Türkiyə, Azərbaycan və Ermənistanla ikitərəfli strateji münasibətlərdə yüksək dinamikanı qoruyub saxlayacaq.
“Report” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirliyə namizədi İrakli Kobaxidzenin təqdim etdiyi “Avropa dövlətinin qurulması naminə” hökumət proqramında deyilir.
“Cənubi Qafqazda sülhün, əməkdaşlığın və sabitliyin təşviqi istiqamətində səylər davam etdiriləcək. Bu məqsədlər üçün qonşu tərəfdaş dövlətlərlə uğurlu əməkdaşlığı gücləndirmək və bütün sahələrdə ikitərəfli münasibətləri inkişaf etdirmək lazımdır”, – proqramda vurğulanır.

Bizim WhatsApp kanalımıza abunə olun

[r34]

Mənbə

Gurcustanin bas nazir namizedi Cenubi Qafqazda sulhe tohfe vereceyini ved edib