İçeriğe geçmek için "Enter"a basın

Gürcüstanın turizm gəlirləri ötən il 4 milyard ABŞ dollarını ötüb

03-02-2024

[r32] 2024-02-03 08:35:19- Xeber –
Gürcüstanın 2023-cü il üçün beynəlxalq səyahətçilərdən əldə etdiyi gəlir 4125,3 milyon ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının saytındakı materiallarda qeyd edilib.
Gürcüstanda turizm 2021-ci ilin yayında pandemiya səbəbiylə zəifləmədən sonra yenidən bərpa olunmağa başlayıb.
Milli Bankın məlumatına görə, 2022-ci illə müqayisədə turizm gəlirləri 17,3 faiz artıb. Bundan əlavə, 2023-cü ilin gəlirləri 2019-cu ilin rekord səviyyələrindən 26,2 faiz yüksək olub.

Bizim WhatsApp kanalımıza abunə olun

[r34]

Mənbə

Gurcustanin turizm gelirleri oten il 4 milyard ABS dollarini otub