İçeriğe geçmek için "Enter"a basın

Çilidə meşə yanğınları nəticəsində azı 10 nəfər ölüb, onlarla xəsarət alan var

03-02-2024

[r32] 2024-02-03 07:19:22- Xeber –
Çili Prezidenti Qabriel Boric ən azı 10 nəfərin ölümü ilə nəticələnən meşə yanğınları səbəbindən Valparaiso bölgəsində fövqəladə vəziyyət elan edib.
“Report” xəbər verir ki, dövlət başçısı bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
“Meşə yanğınları ilə bağlı vəziyyət, xüsusən 5-ci regionda yüksək temperatur və külək səbəbindən çox çətindir, lakin bilin ki, hökumət, yanğınsöndürənlər, Milli Meşə Təsərrüfatı Korporasiyası, polis və vətəndaş cəmiyyəti fövqəladə vəziyyətin öhdəsindən gəlmək üçün maksimum səfərbər olunub. Həmçinin fövqəladə vəziyyət elan etmək qərarına gəldim ki, bütün lazımi resurslarımız olsun”, – o, “X”də yazıb.
Prezidentin Valparaisodakı nümayəndəsi Sofiya Qonzalesin sözlərinə görə, təxminən 10 ölüm hadisəsi məlumdur. Səhiyyə Nazirliyinin məlumatına görə, azı 28 nəfər yanıq xəsarəti alıb. 7 min hektardan çox ərazi yanğına qərq olub. Bəzi ərazilər boşaldılır.

Bizim WhatsApp kanalımıza abunə olun

[r34]

Mənbə

Cilide mese yanginlari neticesinde azi 10 nefer olub, onlarla xesaret alan var