İçeriğe geçmek için "Enter"a basın

Konqoda BMT helikopteri atəşə tutulub, xəsarət alanlar var

03-02-2024

[r32] 2024-02-03 01:06:28- Xeber –
Konqo Demokratik Respublikasında (KDR) üsyançıların helikopterə atəş açması nəticəsində BMT-nin iki sülhməramlısı yaralanıb.
“Report”un xəbərinə görə, bu barədə BMT-nin Konqo Demokratik Respublikasındakı Sabitləşdirmə Missiyası məlumat yayıb.
“İki sülhməramlı yaralanıb, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir”, – “France-Presse” agentliyi missiyadan sitat gətirib.
Helikopter təhlükəsiz yerə enə bilib.
Hadisə Qoma şəhəri yaxınlığında baş verib. İnsidentdə hazırda Qomaya hücum təşkil etməyə çalışan “23 Mart Hərəkatı” qruplaşmasının silahlıları şübhəli bilinir.

[r34]

Mənbə

Konqoda BMT helikopteri atese tutulub, xesaret alanlar var