İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanın böyük xilaskarı

12-12-2015

00:10 xeber – Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü prezidenti mərhum Heydər Əliyevin aramızdan ayrılmasından 12 il keçir.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, 1969-cu ildən Azərbaycana rəhbərlik etmiş, dünyanın iki supergücündən biri olan SSRİ-nin rəhbərlərindən biri olmuş Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə gəlməklə öz xalqının xilaskarına çevrildi.

Həmin günlərdə beynəlxalq güclər Azərbaycanın 11 subyektə bölünməsinə qərar vermişdilər. Məqsəd Türkiyə ilə Türküstan, yəni Orta Asiya respublikaları arasında körpü rolunu oynayan Azərbaycanı parçalmaq idi. Hər şey 1993-cü ilin may-iyununda Gəncə şəhərində Sürət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı qaldırdığı qiyamla başlamışdı. Gəncə qiyamı ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandı. Xalq Heydər Əliyevin hakimiyyətə gətirilməsi üçün ayağa qalxdı. Bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan Heydər Əliyev sözün əsil mənasında xilaskara çevrildi.

Bir neçə ay ərzində dünyanın aparıcı siyasi gücləri ilə danışıqlar aparan Heydər Əliyev Azərbaycanın unitar dövlət quruluşunu qoruya bildi. Azərbaycan balanslı siyasəti ilə regionun müstəqil güc mərkəzlərindən birinə çevrildi. Ordu quruculuğunda aparılan islahatlar bəzən seperatçılığa xidmət edən silahlı dəstələrin ləğv edilməsi, əli silah tutanların vahid komandanlıq ətrafında birləşdirilməsi ilə nəticələndi. 1994-cü ilin əvvəlində aparlımış uğurlu Horadiz döyüşlərindən sonra işğalçı Ermənistan ordusu atəşkəs müqaviləsinə imza atmağa məcbur oldu. Beləliklə, Azərbaycan iqtisadi və siyasi inkişaf üçün imkan qazandı.

Azərbaycan xalqı müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevi heç zaman unutmayacaq. O, Azərbaycan xalqının qəlbində daima yaşayacaq.

mənbə :
anspress

Azerbaycanın böyük xilaskarı