
  11.12.2015 / 23:25 xeber – 
İsveçrənin Cenevrə şəhərində antiterror əməliyyatı çərçivəsində 2 Suriya vətəndaşı saxlanılıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, onların avtomobilində partlayıcı maddə qalıqları aşkar edilib.
Dekabrın 11-də Cenevrə polisi həyəcan səviyyəsini yüksəldib və Parisdəki terror aktı ilə əlaqədar 4 nəfərin axtarışını elan edib.
 mənbə : 
lent.az