İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanlı dünya çempionu tutuldu (VİDEO, FOTO)

11-12-2015

22:12 xeber – Döyüş sambosu üzrə dünya çempionu azərbaycanlı Sadiq Kərimov soyğunçuluqda şübhəli bilinərək Sankt-Peterburqda saxlanılıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, döyüş sambosu, əlbəyaxa döyüş və karate üzrə çoxqat dünya və Rusiya çempionu Sadiq Kərimov “Cerniy volk” ləqəbiylə də məşhurdur.

Peterburq tədqiqatçılarının versiyasına görə, döyüşçü kriminal strukturlara borclulardan vəsaitləri almağa kömək edirmiş. Soyğunçuluqda ittiham olunan tanınmış idmançını banditizmlə mübarizə idarəsinin əməkdaşları qatarda saxlayıb.


Sadiq Kərimov

İstintaqın versiyasına görə, idmançı ölən pulları almağa kömək edirmiş. Hüquq-mühafizə orqanlarında olan mənbə Sadiq Kərimovun borcluları döydüyünü, onları tapançayla hədələdiyini, daha sonra avtomobillərini və pullarını əlindən aldığını bildirib. Bu fakt üzrə onu üç milyon rubl qoparmasına görə ittiham edirlər. Kərimovun bu işdə bir neçə güman edilən köməkçisi artıq həbs edilib. İdmançı növbəti dünya çempionatında iştirak etmək üçün Moskvaya getdiyi zaman Sankt-Peterburq – Moskva qatarında saxlanılıb. Yaxın vaxtlarda Kərimov haqda hansı tədbirin seçilməsi məsələsi həll ediləcək.

Qaydasız döyüş üzrə 2 qat dünya və 2 qat Avropa çempionu, eyni zamanda döyüş sambosu üzrə 2 qat dünya çempionu olan Sadiq Kərimov Lənkəranın Separadi kəndində anadan olub. 2000-ci ildən Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan idmançı burada qaydasız döyüşün sirlərinə yiyələnib. 2002-ci ildə o, qaydasız döyüş üzrə Rusiya çempionu olub. Bundan sonra da bir çox uğurlara imza atan Sadiq Kərimov sonradan qüvvəsini döyüş sambosunda sınamağa qərar verib. Peşəkar döyüş sambosu üzrə son dünya çempionatında da həmyerlimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, əvvəllər Rusiyanı təmsil edən Sadiq Kərimov son iki dünya çempionatında artıq meydana Azərbaycan idmançısı kimi çıxıb.

Ermənini 1 dəqiqə 40 saniyəyə məğlub edən həmyerlimiz

mənbə :
anspress

Azerbaycanlı dünya çempionu tutuldu (VİDEO, FOTO)