İçeriğe geçmek için "Enter"a basın

Bakılılar 12 ölkənin plovunu daddılar

11-12-2015

21:02 xeber – Bu gün paytaxtımızda 12 fərqli ölkə eyni bir qida ətrafında birləşib.

Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Bakıda II Beynəlxalq Plov Festivalı keçirilib.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, festivalın keçirilməsində məqsəd müxtəlif ölkələrin düyü mədəniyyəti ilə tanış olmaq və Azərbaycan mətbəxinin şah əsəri olan plovlarla xarici qonaqları tanış etməkdir.

Türkiyə, Özbəkistan, Yaponiya, İndoneziya, Tacikistan, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Hindistan, Koreya, İran səfirliklərinin nümayəndələri festivalda öz ölkələrinin düyü və plov mədəniyyətlərini nümayiş etdirib.

Tədbirdə qonaqlara növbənöv plov yeməkləri təklif olunub və sonda iştirakçılar təltif edilib.


mənbə :
anspress

Bakılılar 12 ölkenin plovunu daddılar