İçeriğe geçmek için "Enter"a basın

Kəmaləddin Heydərov və Elçin Quliyev “Günəşli” yatağında olub

10-12-2015


10.12.2015 / 15:58 xeber –

Yanğının söndürülməsi, itkin düşənlərin axtarışı işlərinin gedişi ilə bağlı məsələlər müzakirə olunub

Dekabrın 10-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar hadisə yerində olub.

 

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, helikopterlə əraziyə baxış keçirilib, baş vermiş yanğının söndürülməsi, itkin düşənlərin axtarışı işlərinin gedişi ilə bağlı məsələlər müzakirə olunub.

mənbə :
lent.az

Kemaleddin Heyderov ve Elçin Quliyev “Güneşli” yatağında olub