İçeriğe geçmek için "Enter"a basın

ANS neftçilərin qayığında

10-12-2015

15:52 xeber – “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğında 29 neftçinin suya qərq olması ilə bağlı neft platformalarında təhlükəsizlik məsələləri insanlar tərəfindən geniş müzakirə obyektinə çevrilib.

Azadlıq.az xəbər verir ki, ans tv-nin xüsusi müxbiri Mirşahin Ağayev neftçilərin xilasedilməsində istifadə edilən qayıqlarda olub.

5 saylı özülün təhlükəsizlik üzrə mühəndisi Rəşad Həsənov bildirib ki, hadisə baş verən zaman neftçilər jiletlər geyinilir və bu qayıqlara mindirilir. Onlar bu qayıqlarda növbəti əmri gözləyirlər.

Qayıq 42 nəfər tutur. Onlar bütün təchizatla təmin olunub və burada insanları 10 günlük yeməklə təmin etmək mümkündür. Qayıqlar cəmi 4 il əvvəll alınıb.

Platformada yanğının söndürülüməsi üçün cəlb edilən əcnəbi mütəxəssislər də bu gündən işə başlayır. Axtarışların miqyası isə genişləndirilib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 6 helikopteri, Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi və 2 helikopteri axtarışları davam etdirir. Təəssüf ki, axtarışlar hələlik heç bir nəticə verməyib.

Platformadan ətraflı reportaja bazar günü Mir Şahinlə “Hesabat”da baxa bilərsiniz.

mənbə :
anspress

ANS neftçilerin qayığında