İçeriğe geçmek için "Enter"a basın

Hacıqabulda mikroavtobus aşdı: ölü və yaralılar var

10-12-2015


10.12.2015 / 15:29 xeber –

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının 80-ci kilometrliyində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.

 

Qazax rayon sakini Mustafayev Elçin Şahvələd oğlunun idarə etdiyi “Ford” markalı mikroavtobusun aşması nəticəsində avtomobildə olan sərnişin, 1980-ci il təvəllüdlü Hacıqabul rayonunun Udulu kənd sakini, Eminov Nemət Dostəli oğlu dünyasını dəyişib. Digər sərnişinlər – ölən şəxsin atası, 1955-ci il təvəllüdlü Eminov  Dostəli Hümbət oğlu, anası 1958-ci il təvəllüdlü Eminova Əntiqə Məmmədəli qızı və Kürdəmir rayonu Şilyan kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədov Nemət Həsrət oğlu Şirvan Şəhər Xəstəxanana yerləşdirilib.

 

Məlumata görə, qabaq təkərinin partlaması mikroavtobusun yoldan çıxaraq aşmasına səbəb olub.

 

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

 

mənbə :
lent.az

Hacıqabulda mikroavtobus aşdı: ölü ve yaralılar var