İçeriğe geçmek için "Enter"a basın

Rabitə nazirliyinin daha bir məmuru işini itirdi

10-12-2015

15:09 xeber – Rabitə və Yüksək Texnologiyalar Nazirliyində daha bir məmur işdən azad edilib. Bu dəfə Aparat rəhbərinin müavini İlham Mərdanov tutduğu vəzifədən azad edilib. Trend-in məlumatına görə, bu gün İ.Mərdanovun fotosu və haqqında məlumat nazirliyin rəsmi saytından çıxarılıb.

İ.Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır.

Xatırladaq ki, bundan öncə Aparat rəhbəri Vidadi Zeynalov vəzifəsindən uzaqlaşdırılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

mənbə :
anspress

Rabite nazirliyinin daha bir memuru işini itirdi