İçeriğe geçmek için "Enter"a basın

Bakılı milyarderin villasında axtarış aparıldı - FOTO

10-12-2015

14:28 xeber – Ötən Moskvanın Presnensk Rayon Məhkəməsi tərəfindən həbs edilən azərbaycanlı milyarder Roman Manaşirovun evində axtarış aparılıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, o iki ay müddətinə həbs edilmişdi. Manaşirov 2 milyon rubl (32 min 600 manat) rüşvətin verilməsində vasitəçilikdə ittiham olunur.

İstintaqın versiyasına görə, Manaşirov öz biznesmen həmkarı Januko Rafailovun rüşvətini Moskva Daxili İşlər Nazirliyinin müstəntiqləri Viktor Rubaşkin və Vladimir Andrievskiyə verməkdə vasitəçilik edib.

Bu gün isə oliqarxın ailəsinin evində axtarış aparılıb. Milyarderin qardaşı Solomon Manaşirovun evinin əntiq əşyalar və bahalı rəsm əsərləri ilə doludur.
Tapılan rəsm əsərləri arasında 1514-cü ildə çəkilmiş italiyalı rəssam Tisian Veçellionun da əsəri var. İndi bu əsərinmülkə necə düşdüyü, onun saxta olub-olmadığı yoxlanılacaq.
Hələ bir neçə il öncə “Yer üzündə və göylərdə məhəbbət” adlı əsərin Romadakı Borqeza qaleriyasında saxlandığı deyilirdi. Əsər heç vaxt şəxsi kolleksiyada olmayıb.





Axtarış aparmaq üçün güc sturukturlarına əlavə kömək lazım olub. Çünki villa xüsusi mühafizə edilən ərazidə yerləşib. Dəbdəbəli üçmərtəbəli kotec mərmər, qızılı tonlarda bəzədilib.

Bundan başqa polislər onun anasının hüququşünaslarla danışığı da ələ keçib. Orada Raisa Manaşirova iddia edir ki, oğlu doğurdanda rüşvət verməyə çalışıb.

“Januko Rafailovun atası mənim ərim ilə dostluq edirdi. Bir-birlərinə qonaq gedirdilər. O, həmişə mənə qardaşımın arvadı deyirdi. O, oğlunun nə etdiyini bilsə qəbrində uyuya bilməzdi. Onların ümumi işi var idi. Bəs onlar nə istəyirdilər? Hər şeyin havayı olmasını? Pulsuz vəkil tutmaq olmaz. Roman öz cibindən onların yerinə ödəniş etməli idi?”.

Manaşirov 1969-cu il mayın 10-da Bakıda dağ yəhudilərinin ailəsində doğulub. Uşaqlıq və gəncliyinin çox hissəsini Manaşirov Quba rayonunun Qırmızı qəsəbəsində keçirib. 1986-cı ildə məktəbi bitirdikdən sonra Roman hüquqi təhsil almaq məqsədi ilə Moskvaya köçüb. O, Rusiya paytaxtının ən böyük sahibkarlarından sayılır, paytaxtda böyük inşaat biznesinə malikdir. “Praqa pasajı” TRÇ, “Armada” MTK, Qrand Siti ticarət-sərgisi kompleksləri və başqa obyektlərin şərikidir. Bəzi mənbələr Manaşirovun kapitalını 700 milyon dollar civarında qiymətləndirir.

mənbə :
anspress

Bakılı milyarderin villasında axtarış aparıldı – FOTO