İçeriğe geçmek için "Enter"a basın

ABŞ konqresmənləri Yunusun buraxılmasını şərh etdilər

10-12-2015

14:14 xeber – ABŞ Konqresindəki Azərbaycan İşçi Qrupun həmsədrləri-konqresmenlər Stiv Kohen və Bill Şuster birgə bəyanatla çıxış edərək, Leyla Yunusun Bakı Apellyasiya Məhkəməsi tərəfindən həbsdən azad olunmasını alqışlayıblar.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, konqresmenlər Leyla Yunusun həyat yoldaşı Arif Yunusun 1 ay öncə azadlığa buraxılmasını da qeyd ediblər. Onlar Leyla Yunusla bağlı məhkəmə qərarının, Azərbaycanın insan hüquqlarının gücləndirilməsi ilə bağlı öhdəliklərindən irəli gəldiyini bəyan ediblər. Konqresmenlər Stiv Kohen və Bil Şuster Azərbaycan rəsmiləri ilə insan hüquqları və qarşılıqlı maraq doğuran məsələlərə dair işləməyə davam edəcəklərini bildiriblər.

Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası ötən gün davam etdirilib. Bakı Apelyyasiya məhkəməsinin qərarına əsasən L.Yunusun cəzası dəyişdirilib. Onun barəsində 5 il müddətinə şərti cəza təyin edilərək, azadlığa buraxılıb.


Leyla və Arif Yunus

Qeyd edək ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.


Arif Yunus evində

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Noyabr ayında səhhətində yaranmış problemlə bağlı olaraq A.Yunus məhkəmə zalından azadlığa buraxılıb.

Video- Azadlıq radiosu

mənbə :
anspress

ABŞ konqresmenleri Yunusun buraxılmasını şerh etdiler