İçeriğe geçmek için "Enter"a basın

Amerikada azərbaycanlılar etiraz aksiyası keçirib

10-12-2015

13:07 xeber – ABŞ Konqresində qondarma Dağlıq Qarabağ rejiminin separatçı rəhbərləri yığışaraq, Azərbaycan əleyhinə toplantı keçiriblər.

Azadlıq.az xəbər verir ki, anspress-in xəbərinə görə, bu toplantıya etiraz olaraq, Birləşmiş Ştatlarda yaşayan azərbaycanlılar konqres önünə toplaşaraq, həm konqresə, həm də Ermənistana etiraz ediblər. Azərbaycanlılar Amerika rəhbərliyinə səslənərək, terrorçu siyasəti tutan Ermənistanın Dağlıq Qarabağ adına Konqresdə toplantı keçirməsinə etirazlarını bildiriblər.

Aksiya iştirakçısı Cəlil İkram ANS PRESS-ə bildirib ki, ABŞ konqresmenlərinin Ermənistanda olan rus bazalarının çıxarılmasını müzakirə etmələri, terrorçuları bura dəvət edib onlarla çay içmələrindən daha faydalı olar. Digər aksiya iştirakçısı Nigar Ağayeva da işğalçı, cinayətkar olan ermənilərin konqresdə müzakirələr aparmasına etirazını bildirdi.

Ermənistan rəsmiləri Dağlıq Qarabağ adına təşkil edələn toplantıya qatılmaqla işğalçı olduqlarını bir daha göstərmiş oldular. Onların əraziyə cəlişi də həmvətənlərimiz tərfindən adekvat qarşılanırdı. Aksiyada “Ermənistan sən terrorçusan”, ” Azərbaycan torpaqlarından rədd olun” kimi şüarlar səsləndirilib.

Aksiya zamanı erməni qadın ANS PRESS əməkdaşına yaxınlaşaraq “Siz Ermənistandan nə istəyirsiz? Qarabağdakılar sizinlə birlikdə yaşamaq istəmir” deyərək azərbaycanlıları təxribata da çəkməyə cəhd göstərib. Aksiya bir saat davam edib.

mənbə :
anspress

Amerikada azerbaycanlılar etiraz aksiyası keçirib