İçeriğe geçmek için "Enter"a basın

MTN təcridxanasında saxlanılan şəxslər yaxınları görüşə bilir

10-12-2015


10.12.2015 / 12:50 xeber –

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqinə real olaraq başlanılıb.

Lent.az-ın məlumatına görə, bu barədə vəkil Cavad Cavadov özünün “facebook” hesabında yazıb.

“Artıq həbsdə saxlanılan şəxslər qanunun tələbinə görə zəng etmək hüququndan mütəmadi istifadə edirlər. Onların ailələri ilə görüşmək hüququ da təmin olunur. Bunu müsbət addım kimi dəyərləndirmək lazımdır”.

mənbə :
lent.az

MTN tecridxanasında saxlanılan şexsler yaxınları ilə görüşe bilir