İçeriğe geçmek için "Enter"a basın

Ölkənin gəlirləri azalır

09-12-2015

21:27 xeber – Dünya bazarlarında qara qızılın qiymətinin enməsi Azərbaycan iqtisadiyyatına da təsir göstərir.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, ölkə büdcəsinin 60 faizindən çoxu neftdən gələn gəlirlər hesabına formalaşır. London birjasında hazırda “Azeri Light” markalı neft 41.58 dollar civarında qərarlaşıb. Bu il üçün Azərbaycanın büdcəsində neftin bir bareli 90 dollardan hesablandığını nəzərə alsaq, hazırki qiymətlərlə müqayisədə isə bu 55 faizə qədər ucuzlaşma deməkdir.

Millət vəkili Vahid Əhmədov da təsdiq etdi ki, neftin qiymətinin aşağı düşməsi ilə əlaqadər Dövlət Neft Fondunda gəlirlər azalıb. Bundan başqa hər il fonddan dövlət büdcəsində 11 milyard manat köçürülürdü, 2016-cı ildə isə bu rəqəm 6 milyard dollar təşkil edəcək.

mənbə :
anspress

Ölkenin gelirleri azalır