İçeriğe geçmek için "Enter"a basın

Gəncənin daxili avtomobil yollarında təmir-tikinti işləri aparılır

03-10-2023

[r32] 2023-10-03 08:33:13- Xeber –
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Gəncə şəhərinin daxili avtomobil yollarında genişmiqyaslı təmir-tikinti işləri aparır.
“Report” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülür, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa edilir. Daha sonra iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Bununla yanaşı zəruri olan yerlərdə mövcud piyada səkiləri bərpa olunur, yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.
Asfaltlanma işləri bitən küçələrdə yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunacaq, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılacaq.
Xatırladaq ki, Gəncə şəhərində ümumi sahəsi 346 min kvadratmetr olan 52 adda küçənin təmiri nəzərdə tutulur.

[r34]

Mənbə

Gencenin daxili avtomobil yollarinda temir-tikinti isleri aparilir