İçeriğe geçmek için "Enter"a basın

Neymar: “Yalan xəbərlərin dərci hörmətsizlikdir”

26-09-2023

[r32] 2023-09-26 04:47:20- Xeber –
“Xahiş edirəm yalan xəbərlər dərc etməyi dayandırın. Bu, hörmətsizlikdir”.
“Report” “Goal”a istinadən xəbər verir ki, bunları “Əl-Hilal” futbol komandasının hücumçusu Neymar münaqişə səbəbindən Jorje Jezusun Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi vəzifəsindən uzaqlaşdırılmasını tələb etməsi ilə bağlı yayılan xəbərləri təkzib edərkən deyib.
“Bu, tamamilə cəfəngiyatdır”, – Neymar deyib.
Şayiələrdə bildirilirdi ki, məşqçinin Özbəkistan təmsilçisi “Navbahor”la matçda Neymarın rəqib oyunçunu itələməsi və yıxıldıqdan sonra onu topla vurması barədə tənqidi məşqçinin xoşuna gəlməyib.
Neymar 2023-cü ilin yay transfer pəncərəsində “Əl-Hilal” klubuna keçib. Futbolçunun rəsmi təqdimatı avqustun 19-da baş tutub. “Transfermarkt” portalının məlumatına görə, Səudiyyə klubu braziliyalı hücumçunu avqustun 15-də 90 milyon avroya alıb.
Neymar ötən mövsüm PSJ-nin heyətində Fransa çempionatında 20 oyun keçirib, 13 qol vurub, 11 məhsuldar ötürmə edib. Paris klubu Fransa çempionu olub.
31 yaşlı forvard 2013-2017-ci illərdə də “Barselona”da çıxış edib. Bu, braziliyalının vətənindən kənarda ilk klubu idi.

[r34]

Mənbə

Neymar: “Yalan xeberlerin derci hormetsizlikdir”