İçeriğe geçmek için "Enter"a basın

Tramp Azərbaycana görə müflis ola bilər

09-12-2015

12:30 xeber – ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Azərbaycana yatırdığı sərmayəsi təhlükə altındadır.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə nüfuzlu “Financial Times” qəzeti xəbər verib.

Məlumata görə, onun islama qarşı çıxışları onun müsəlman dövlətlərində nüfuzunu azaldır. Bu isə birbaşa onun həmin ölkələrdəki sərmayələrinə mənfi təsir edir.

Bakıda yerləşən “Tramp Hotel”i isə ötən il 2,5 milyon dollar qazanc gətirib. Belə çıxışlarından sonra onun gəlirlərinin azalacağı bildirilir.

Qəzet bunu prezidentliyə namizədin müsəlmanlara qarşı son çıxışları ilə əlaqələndirir.

“Financial Times” qeyd edir ki, Trampın sərvəti üçün digər müsəlman ölkələri Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) və Türkiyədə də təhlükələr var.

Qəzet əməkdaşalı Dubayda iş adamları ilə danışıqlardan sonra bu qərara gəliblər. Söhbət zamanı Donald Trampın müsəlmanlarla bağlı açıqlamalarının böyük etirazla qarşılandığı məlum olub.


“Tramp Towers” İstanbul oteli

Türkiyənin İstanbul şəhərində namizədin adını daşıyan “Tramp Towers” oteli ildə 1,5 miyon dollar gəlir gətirir.

Milyarder namizəd Donald Tramp ABŞ-a müsəlmanların buraxılmaması tələbi ilə çıxış edib.

Tramp bunu ötən həftə ABŞ-ın Kaliforniya ştatının San-Bernardino şəhərindəki 14 nəfərin ölümü ilə nəticələnən fiziki məhdudiyyətli insanlar üçün sosial mərkəzə hücumla əlaqələndirib.

Milyarderin sözlərinə görə, müsəlmanlar Amerikaya nifrət edirlər. O, bildirib ki, ABŞ hakimiyyəti insidentlə bağlı araşdırmanı sona çatdırana qədər, sərhədləri bağlamalıdır.

Tramp siyasi fəaliyyətindən çox qalmaqallı açıqlamaları ilə gümdəmə gəlir. Bu ilin iyunun 16-da ABŞ prezidentliyinə namizədliyini irəli sürdüyü haqda açıqlama verən milyarder meksikalı miqrantları cinayətkar adlandırıb. Onun sözləri dünyada birmənalı qarşılanmayıb.

mənbə :
anspress

Tramp Azerbaycana göre müflis ola biler