İçeriğe geçmek için "Enter"a basın

Məşhur müğənnin övladı boşandı

09-12-2015

11:40 xeber – Türkiyənin əfsanəvi müğənnisi Barış Manconun oğlu Doğukan boşanıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, sənətçinin oğlu həyat yoldaşı Tuba Manço ilə 3 illik evlilik həyatına son qoyub. Cütlük qarşılıqlı razılıq əsasında ayrıldığı üçün məhkəmədə problem olmayıb.

Doğukan Manço anlaşma müqaviləsinə görə həyat yoldaşına 150 min lirə (54.135 min manat – red.) təzminat ödəyəcək. Tərəflərin bir-birindən başqa tələbi olmayıb.

Bildirilir ki, gənç ailənin dağılmasının səbəbi Doğukanın “Survivor” müsabiqəsinə qatılmağı olub.

Barış Manço 1943-cü il yanvarın 3-də İstanbulda doğulub və 1999-cu il yanvarın 31-də ürək tutmasından vəfat edib. 200-dən çox mahnı bəstələyib. Sənətçi Azərbaycanı çox sevib və dəfələrlə ölkəmizə gələrək konsertlər verib.

Barış Manço Bakıda

mənbə :
anspress

Meşhur müğennin övladı boşandı