İçeriğe geçmek için "Enter"a basın

Mirşahin Ağayev hadisə yerindən xəbər verdi

08-12-2015

17:00 xeber – “Günəşli” yatağında baş verən faciədə itkin düşmüş neftçilərin axtarışı haqqında ən son xəbərləri ANS-in xüsusi müxbiri Mirşahin Ağayev verib:

“Bu gün iş gününə Fövqəlada Hallar Nazirliyinin ayırdığı helikopterlərlə işçilərin axtarışına cəlb olunmaqla başladıq. Təxminən 2 saat yarımlıq axtarışdan sonra hadisə yerinə çatdıq. Əvvəla onuy deyim ki, bizim müşahidələrimizlə aparılan axtarışların heç bir nəticəsi olmadı. Dənizin müxtəlif yerlərinə gözə dəyən nələrsə var idi. Biz helikopterlə ora enirdik və görürdük ki, heç bir şey yoxdur, yenidən yuxarıya qalxırdıq. Axtarışlarda 6 helikopter iştirak edir ki, bunun 4-ü FHN-ə, 2-i isə Dövlət Sərhəd Xidmətinə aiddir. Müxtəlif gəmilərin cəlb olunduğu yanğınsöndürmə prosesi davam edir. Platformada hazırda biz qatı tüstü görürük. Oraya çırpılan su şırnaqları bir nəticə vermir və yanğın davam edir. Biz Rövnəq Abdullayevlə də görüşdük. Amma hələ danışmağa imkanımız olmadı. Çünki, onun yanında qərargahın dərhal toplantısı başlanıldı. Mənim bildiyimə görə, bu toplantıya xarici mütəxəsislər cəlb olunub. Hansı ki, onlar yanğınsöndürülməyə öz köməkliklərini göstərmək üçün gəliblər”.

mənbə :
anspress

Mirşahin Ağayev hadise yerinden xeber verdi