İçeriğe geçmek için "Enter"a basın

İtkin düşən neftçilərin axtarışları dayandırıla bilər

08-12-2015


08.12.2015 / 16:51 xeber –

Buna səbəb hava şəraitinin sabahdan etibarən kəskin pisləşəcəyidir

SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları dayandırıla bilər.

 

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

 

Baş mühəndis qeyd edib ki, belə bir qərarın qəbul olunmasına havaşəraitinin sabahdan etibarən kəskin pisləşməsi səbəb ola bilər.

 

Onun sözlərinə görə, müvafiq qərar Fövqəladə Hallar Nazirliyi tərəfindən veriləcək.

 

 

 

mənbə :
lent.az

İtkin düşen neftçilerin axtarışları dayandırıla biler