İçeriğe geçmek için "Enter"a basın

Moskvada “Günəşli” yatağında həlak olanlar anıldı

08-12-2015


08.12.2015 / 02:11 xeber –

Xəzər dənizində "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində həlak olanların xatirəsi Rusiya paytaxtında anılıb.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün axşam saatlarında Azərbaycanın Rusiyadakı səfirliyinin binası qarşısında "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülünün fotoları olan lövhənin qarşısına yüzlərlə insan gəlib.

 

Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) və Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RAD) nümayəndələri, habelə Rusiyada təhsil alan gənclər yanğın nəticəsində həlak olanların xatirəsini yad edərək lövhənin qarşısına gül dəstələri qoyublar.

mənbə :
lent.az

Moskvada “Güneşli” yatağında helak olanlar anıldı