İçeriğe geçmek için "Enter"a basın

Sumqayıtda minik avtomobili ilə sərnişin avtobusu toqquşub, yaralananlar var

15-03-2022

[r32]
xeber –

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, “Hyundai” markalı minik avtomobili və “Hyundai” markalı sərnişin avtobusu toqquşub. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub. Nəticədə müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər sərnişin minik avtomobilindən, 2 nəfər sərnişin isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.


mənbə :
Report.az

Sumqayitda minik avtomobili ile sernisin avtobusu toqqusub, yaralananlar var