İçeriğe geçmek için "Enter"a basın

Tufanın dənizə atdığı neftçilərdən birinin meyiti tapıldı

04-12-2015


04.12.2015 / 22:11 xeber –

Bu gün saat 12:30 radələrində güclü tufan nəticəsində “Neft Daşları” NQÇİ-nin 501 saylı özülündə köşk qarışıq dənizə düşən 3 neftçidən birinin cəsədi tapılaraq sudan çıxarılıb.

 

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, bu, səyyar aqreqatın motorçusu, 1961-ci il təvəllüdlü Bəhmən Cəfərovun cəsədidir.

 

FHN qalan iki neftçinin axtarışlarını davam etdirir. Axtarış-xilasetmə işlərinə nazirliyin vertolyotları və gəmiləri cəlb olunub.

mənbə :
lent.az

Tufanın denize atdığı neftçilerden birinin meyiti tapıldı