İçeriğe geçmek için "Enter"a basın

"Günəşli" yatağındakı neftçilər təxliyə olunur - YENİLƏNİR-1

04-12-2015


04.12.2015 / 21:20 xeber –

SOCAR bildirir ki, işçilərin təxliyyə olunmasına başlanılıb

Dekabrın 4-də “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib.

 

APA-nın məlumatına görə, özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlər davam edir.

 

Yanğın baş verən zaman platformada 42 nəfər olub.

 

Hündür dalğalar yanğınsöndürmə işlərinə mane olur. Hazırda platformada olan neftçilər qayıqlarla təxliyə olunur. Hadisə nəticəsində xəsarət alan və ölən yoxdur

 

***

 

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verən zaman platformada 63 nəfər olub.

 

SOCAR-dan "APA-Economics"ə bildirilib ki, bütün əməkdaşlar sağ-salamatdır: "Bütün əməkdaşlarımızın təxliyə olunması istiqamətində müvafiq tədbirlər görülür. Onların hamısı təhlükəsiz ərazidədir.  Xilasedici gəmilər hadisə yerinə yaxınlaşıb. Güclü külək nəticəsində yaranan dalğalar xilasetmə əməliyyatını çətinləşdirir. Belə ki, dalğanın hündürlüyü 8-10 metrə çatır. Hadisə nəticəsində xəsarət alan və ölən yoxdur".

 

Hadisə ilə bağlı SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya yaradılıb.

 

Həmçinin “Azneft” İstehsalat Birliyində operativ qərargah yaradılıb. Qərargah platformada qalanların yaxınlarına mütəmadi olaraq məlumat verir.

 

***

20:34

Bu gün  baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

 

SOCAR-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ilk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanılıb.

 

Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır. Buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilir.

 

Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb.

 

***

20:21

Bir neçə saat öncə “Günəşli” neft yatağında qaz sızması nəticəsində güclü yanğın başlayıb. Yanğın yatağın 10-cu platformasında başlayıb.

 

SOCAR-dakı mənbələrdən virtualaz.org-a verilən məlumata görə, “Günəşli” yatağının yanan platformasındakı neftçiləri xilas etmək üçün ora yanğından mühafizə gəmisi göndərilib.

 

Yanğın çox güclü olduğu üçün platforma ilə əlaqə tam kəsilib. Platformada çalışan neftçilərin taleyindən heç bir xəbər yoxdur.

 

Yanğınla əlaqədar SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya yaradılıb.

 

Platformada 84 neftçi var. Güclü külək xilasetmə işlərini çətinləşdirir.

 

mənbə :
lent.az

"Güneşli" yatağındakı neftçiler texliye olunur – YENİLƏNİR-1