İçeriğe geçmek için "Enter"a basın

Daha iki klubumuz 1/4 finalda

04-12-2015

00:40 xeber – Bu gün iki oyunla Azərbaycan Kubokunda 1/8 finala yekun vurulub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ikinci oyun günündə iki matç baş tutub.

İlk oyunda “Qəbələ” “Mil-Muğan”la qarşılaşaraq 7:0 hesablı qələbə qazanıb. Bununla “Qəbələ” adını 1/4 finala yazdırıb. 1/4 finalda “qırmızı-qaralar”ın rəqibi “Zirə” olacaq. Mərhələnin son oyununda isə “Rəvan” “Bakı”nı qəbul edərək minimal hesabla qalib gəlib 1:0. “Rəvan” növbəti mərhələdə “İnter”lə qarşılaşacaq.

Dünən “Qarabağ”, “Xəzər Lənkəran”, “Neftçi”, “İnter”, “Zirə” və “Sumqayıt” 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə “Böyük oyun” da baş tutacaq. Belə ki, “Xəzər Lənkəran” əzəli rəqibi “Neftçi”yə rəqib olub. “Sumqayıt” isə “Qarabağ”la qarşılaşacaq.

Azərbaycan Kuboku
1/8 final
3 dekabr

Qəbələ – Mil-Muğan 7:0
Qollar: Derlis Meza Kolli, 5. Samir Zərgərov, 16. Fakundo Pereyra, 22. Rikardinyo, 43. Ermin Zets, 44. Vaqif Cavadov, 58. Asif Məmmədov, 87.

Rəvan – Bakı 1:0
Qol: Vüqar Bəybalayev, 23.

mənbə :
anspress

Daha iki klubumuz 1/4 finalda