04.12.2015 / 00:38 xeber –
Rusiya XİN rəhbəri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşdə “SU-24” təyyarəsinin vurulması ilə bağlı yeni məlumat təqdim edilmədiyini bildirib.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov ATƏT Xarici İşlər nazirləri Şurasının Belqradda keçirilən toplantıda bildirib.
“Türkiyə XİN rəhbəri ölkəsinin baş naziri Əhməd Davudoğlunun və prezidenti Rəcəb Tayyip Ərdoğanın bundan əvvəl səsləndirdikləri yanaşmaları təsdiqləyib”, deyə Lavrov qeyd edib.
Lavrov əlavə edib ki, o, Mövlud Çavuşoğlu ilə görüşdə Rusiya prezidentinin çıxışlarında səsləndirdiyi məlumatlar da daxil olmaqla Rusiyanın “SU-24” təyyarəsinin vurulması ilə bağlı məlumatlarını təsdiqləyib.
Bundan əvvəl Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu “Su-24” təyyarəsi ilə bağlı hadisəni İŞİD-ə qarşı ümumi mübarizə ilə əlaqələndirmək lazım olmadığını bildirib.
mənbə :
lent.az