İçeriğe geçmek için "Enter"a basın

Nazirlərin 40 dəqiqəlik görüşündən ilk açıqlamalar (YENİLƏNİB, VİDEO, FOTO)

04-12-2015

00:01 xeber – Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı ilə görüşdən sonra açıqlama verib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Çavuşoğlu bildirib ki, görüş iki ölkənin nazirinə yaraşan şəkildə başa çatıb.

“Hadisənin gərginliyi davam edir. Təəssüf etdiyimizi dilə gətirdik. Həlak olan rus pilot üçün başsağlığı verdim. Hər iki tərəf gərginliyi artırmaq istəmir. Hazırda Rusiyaya qarşı aldığımız, ya da nəzərdə tutduğumuz bir qərar yoxdur. Səbrlə əlaqələrin düzəlməsini gözləyirik, amma ömür boyu belə getməyəcək”.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Çavuşoğlu ilə görüşdə təyyarə insidenti ilə bağlı yeni heç nə eşitməyib.

Lavrov jurnalistlərə bunları bildirib: “Çavuşoğlunun xahişi ilə bir araya gəldik. Yeni heç bir şey eşitmədim. Türk nazir Türkiyə prezidentinin açıqladığı addımları bir daha təsdiqlədi. Biz hüquqi bazanın yaradılması haqqında danışıqlar aparmağa hazırıq, hər şeydən əvvəl ATƏT-in nizamnaməsi səviyəsində. Amma əsas hərbi-siyasi təhlükəsizlikdir”.

***20:24***

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə türkiyəli həmkarı Mövlüd Çavuşoğlu arasında Serbiyanın paytaxtı Belqradda keçirilən görüş başa çatıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşü 40 dəqiqə davam edib. Bu görüş təyyarə böhranı sonrası iki ölkə arasında yüksək səviyyədə keçirilən ilk görüşdür.

Görüşün təfərrüatları barədə hələlik heç bir məlumat verilmir

***19:33***

Rusiya ilə Türkiyə arasında təyyarə böhranından sonra bu gün yüksək səviyyəli ilk görüş artıq başlayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu dəqiqələrdə Belqradda Rusiya xarici işlər naziri Sergey Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü keçirilir.

Rusiya təyyarəsinin vurulmasından sonra bu, tərəflər arasında ilk görüşdür. Türkiyə – Rusiya böhranı sonrası xarici işlər nazirləri səviyyəsində ilk görüş Serbiyanın paytaxtı Belqradda reallaşır.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Xarici İşlər Nazirləri Şurasının Toplantısı üçün Serbiyanın paytaxtı Belqradda olan xarici işlər naziri Mövlüd Çavuşoğlu rus həmkarı Sergey Lavrov ilə bir araya gəlib. Hələlik tərəflər arasında hansı danışıqların olduğu və nə barədə müzakirələr olunduğu barədə məlumat verilmir.


Nazirlərin görüşündən foto

Suriya ilə sərhəddə vurulan rus təyyarəsindən sonra gərginləşən Rusiya-Türkiyə münasibətləri son günlər daha da soyuyur. Bundan əvvəl, Rusiya Türkiyə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul edib. Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılır: “Rusiya rəhbərliyi hazırda iki ölkə arasında qüvvədə olan vizasız rejimi dayandırmağa qərar verib”.

Rusiya prezidenti Vladimir Putin həmçinin noyabrın 28-də Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Bununla da Türk şirkətlərinə Rusiyada işləmək qadağan olunub. Sənədə əsasən, Türkiyənin yuridiksiyası altında olan təşkilatlar üçün Rusiyada bir sıra işlərin icra edilməsinə məhdudiyyətlər yaradılır.

Suriya-Türkiyə sərhədində təyyarənin vurulması

“Vladimir Putin “Rusiya Federasiyasının milli təhlükəsizliyinin təminatı, Rusiya Federasiyası vətəndaşlarının cinayətkarlardan və başqa qeyri-qanuni hərəkətlərdən müdafiəsi üzrə və Türkiyə Respublikası barəsində xüsusi iqtisadi ölçülərin tətbiqi haqqında” fərman imzalayıb”, – deyə Kremlin rəsmi saytı xəbər verilir.


Belqrad xəritədə

mənbə :
anspress

Nazirlerin 40 deqiqelik görüşünden ilk açıqlamalar (YENİLƏNİB, VİDEO, FOTO)