İçeriğe geçmek için "Enter"a basın

Sabah bu deputatın Milli Məclisdə taleyi həll olunur

03-12-2015

22:33 xeber – Milli Məclisin yeni seçilmiş gənc deputatının Azərbaycan Xalq Cumhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadə haqqında dediyi sözlər yalnız cəmiyyətdə deyil, həm də deputat həmkarlarının ciddi narazılığı ilə qarşılanıb. Gənc deputatın fikirləri sabah Milli Məclisdə də qaldırılacaq. Yeni deputatın tarixi şəxsiyyətimiz haqqında səsləndirdiyi fikirlər seçildiyi Gəncədə də etirazla qarşılanıb.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, Məhəmməd Əmin Rəsulzadəni təhqir edən deputatın məsələsi sabah Milil Məclisdə müzakirə olunacaq. Bunu Milil Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev mətbuata müsahibəsində bildirib.

O deyib ki, adam nə qədər təhsilsiz, mədəniyyətsiz olmalıdır ki, müstəqil Azərbaycanın ilk sözünü deyən insanı Azərbaycanın düşməni adlandırmalıdır.

Ağacan Abiyev deputatı orta məktəb dərsliklərini oxumağa dəvət edib. Və xüsusilə vurğulayıb ki, bu məsələyə parlamentin sabahkı iclasında qiymət veriləcək.

32 yaşlı gənc deputatın mandatının ləğvi də bu arada müzakirə mövzusudur. Artıq sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciət də ünvanlanıb.

Müraciətdə deyilir ki, Azərbaycanın şanlı tarixinə iftira atan, Heydər Əliyevin Məhəmməd Əmin Rəsulzadə haqqında dediklərinə, prezident İlham Əliyevin Rəsulzadə haqqında sərəncamına məhəl qoymayan millət vəkil gəncəlilərin və ümumi dövlətin maraqlarına zidd açıqlamalar verməklə Azərbaycan xalqının və dövlətinin etimadını doğrultmayacağını əyani şəkildə sübut elədi.

“Məhəmməd Əmin Rəsulzadəni tanımayan öz keçmişini tanımır”, deyə Gəncə sakini Rəçşid Ağazadə bildirib.

Bu gənclər də deputatın öz həmyerliləridir. Onlara toxunan Gənclər təşkilatı sədrinin, balaca deputatın hər kəsin adından danışmasıdır.

Deputat isə fikirlərinin təkzib olunduğunu bildirib. Onun fikrincə, “Yeni Müsavat” qəzeti dediklərini konteksdən çıxarıb. Biz də öz növbəmizdə qəzetin redaktoru Rauf Arifoğlundan deputatın səs yazısını istədik.

Arifoğlu bildirdi ki, məhkəmə məsuliyyəti yaratdığı üçün bunu ancaq məhkəmədə üzə çıxaracaqlar. Nə isə. O zaman uzaq perspektivi, məhkəməni yox, Milli Məclisin sabahkı iclasını gözləyək, görək torbadan nə çıxır? Əminəm ki, torbadan çıxan həm də Rəsulzadənin başı olacaq.

mənbə :
anspress

Sabah bu deputatın Milli Meclisde taleyi hell olunur