İçeriğe geçmek için "Enter"a basın

51 yaşlı məşhur aktrisa ikinci dəfə ana oldu - FOTO

03-12-2015

12:47 xeber – Hollivudun ulduzu Sandra Bullok daha bir uşağı övladlığa götürüb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, 51 yaşlı amerikalı aktrisa 3.5 yaşlı qız uşağına analıq edəcək.

Aktrisa bildirib ki, o, təxminən üç il ərzində qızcığazı övladlığa götürmək prosesi ilə olub. Əvvəl qızı başqa ailə övladlığa götürüb.

“Mən Laylaya baxanda mən də heç bir şübhə yaranmır ki, o, mənim yanımda olmalıdır. Mənim ailəm hərtərəflidir. Bəzən ailəm qəribə olur, amma bizdə sevgi və anlayış hökm sürür”, – deyə aktrisa hisslərini izah edib.

Bullok həmçinin əlavə edib ki, o, daha bir uşaq götürmək qərarını uzun müddət gizli saxlayıb və bu barədə istənilən məlumatı təkzib edib.

2010-ci ildə Sandra Bullok “Oskar” mükafatı alandan sonra Lui adlı uşağı övladlığa götürüb. “People” jurnalı Sandra Bulloku dünyanın ən gözəl qadını elan etmişdi.


Sandra Bullok övladları ilə şəkili “People” jurnalının üz qabığına çıxıb.

Sandra Bullok kimi məşhur cütlük Ancelina Coli və Bred Pittdə övladlığa uşaq götürüblər. Onların 6 uşağı var – 3 qız və 3 oğlan. Onlardan 3-nü məşhur cütlük övladlığa götürüb


Bred Pit ilə Ancelina Colinin övladları

mənbə :
anspress

51 yaşlı meşhur aktrisa ikinci defe ana oldu – FOTO