İçeriğe geçmek için "Enter"a basın

Rusiyadan Suriyada gözlənilməz hərbi manevr - FOTO

01-12-2015

22:46 xeber – Rusiya Suriyada ikinci təyyarə bazasını açmağa hazırlaşır. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə Britaniyanın “The Times” qəzeti xəbər verib.

Rusiyanın Suriyada hərbi əməliyyatları genişləndirməyə hazırlaşdığını yazan qəzet rusların bu məqsədlə son günlər Suriyada hərbi təyyarələrin və hərbiçilərin sayını xeyli artırdığını qeyd edib.

Rusiya “Hmeymim” hərbi bazasından başqa ikinci təyyarə bazasını açıb, ora əlavə təyyarələr və qoşunlarını göndərəcək. Nəşrin məlumatına görə, mərkəzi Suriyada, Homs şəhərinə yaxın Al-Şayrat təyyarə bazasında artıq obyektin hazırlığı ilə məşğul olan Rusiya döyüş vertolyotları və kontingenti yerləşdirilib.


“Hmeymim” aviabazası

Rusiyanın ilk aviabazası Suriyanın Latakiya bölgəsində “Hmeymim” aeradromunda yerləşir. Rusların burada 50-dən artıq döyüş təyyarəsi və helikopteri var. “Reuters” agentliyi Rusiyanın Suriyadakı hərbçilərinin sayının 4 minə çatdığı haqda xəbər yayıb. Xəbərdə bildirilib ki, bir ay ərzində Rusiya hərbçiləri ölümlə nəticələnən itkilər də verib. Məlumatda itkilərin dəqiq sayı göstərilməyib. Rusiya “Hmeymim” aviabazasından başqa Suriyanın Hama, Şəriət və Tias hava limanlarından da istifadə edir.

Rusiyanın “Hmeymim” aviabazasında həmçinin raket qurğularının yerləşdirilməsi barədə məlumatlar yayılıb.”Xmeymim” aviabazasında mühəndis-aerodrom, texniki-aerodrom sistemləri və digər təminat növləri quraşdırılıb. Qısa müddətdə onlarla səhra infrastrukturu ucaldılıb. O cümlədən texnikaların yanacaqla doldurulması məntəqələri, maddi vəsaitlər anbarı, səhra qidalanma məntəqələri hazırlanıb.


Rusların istifadə etdiyi hava limanları xəritədə

mənbə :
anspress

Rusiyadan Suriyada gözlenilmez herbi manevr – FOTO