21:54 xeber – Türkiyədə mübadilə proqramı ilə təhsil alan tələbələr Rusiyaya geri qaytarılacaqlar.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu haqda Rusiyanın Təhsil və Elm Nazirliyi məlumat yayıb.
Hazırda Türkiyədə 100-ə yaxın tələbə təhsil alır. Nazirlikdən bildirilib ki, onlar ən qısa vaxtda ölkələrinə qayıtmalıdırlar. Vətənə qayıdan tələbələr öz təhsillərini Rusiyada davam etdirəcəklər.
Bundan əvvəl Rusiyanın təhsil və elm naziri Dmitri Livanov ölkədəki türk tələbələri təxribatlardan qorumağı tapşırıb. Rusiyanın 123 ali təhsil müəssisəsində 1030 tələbə təhsil alır.
Eyni zamanda, Rusiya Təhsil və Elm Nazirliyi Türkiyə ilə təhsil sahəsində əməkdaşlığın dayandırılacağını da bildirib.
“Hazırda Türkiyənin təhsil ocaqları ilə əməkdaşlıq edən Rusiyanın 44 ali təhsil müəssisəsinin əksəriyyəti türk partnyorlarını xəbərdar ediblər. Onlara əməkdaşlıq haqqında razılığın birtərəfli qaydada ləğv edilməsi və ya dayandırılması haqqında məlumat verilib”, – deyə nazirliyin mətbuat xidmətindən bildirilib.
Rusiya-Türkiyə münasibətləri iyunun 24-də türk qırıcısının rus hərbi təyyarəsini partlatmasından sonra pisləşib. Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin bu hadisəni Rusiyaya “arxadan vurulan zərbə” adlandırıb və Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi haqqında sərəncam verib.
Vurulan SU-24-ün görüntüləri
Beləliklə, Rusiyaya Türkiyədən bir sıra kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulub, Rusiyada türk şirkətlərinin fəaliyyəti məhdudlaşdırılıb, Rusiyanın turoperatorlarına Türkiyəyə biletlərin satılması qadağan edilib, Rusiyadan Türkiyəyə taxıl ixracı dayandırılıb.
mənbə :
anspress