İçeriğe geçmek için "Enter"a basın

Prokuror da Nardarana gəldi

01-12-2015

19:42 xeber – Daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazovun Nardarana gəlməsindən sonra Bakı şəhər prokuroru Əziz Seyidov da bu gün Nardaranda keçirilən əməliyyatla əlaqədar qəsəbəyə gəlib.

Azadlıq.az xəbər verir ki, anspress-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəsəbədəki mövcud vəziyyətlə yaxından maraqlanıb.

Nardaranda keçirilən əməliyyat tədbirlərinin nəticələri barədə məlumat alan Ə.Seyidovun sakinlərlə görüşü də gözlənilir.

Həmçinni oxuyun: Nardaranda xüsusi əməliyyat başladı (FOTO)

Bir neçə saat bundan əvvəl isə polis general-leytenantı Vilayət Eyvazov sakinlərlə görüşüb. Nazir müavini deyib ki, bəzi sakinlərdə silah-sursatı olduğu barədə məlumat var. Vilayət Eyvazov sakinlərdən tələb edib ki, onlarda olan qanunsuz silah və sursatı könüllü olaraq təhvil versinlər.

Nardaran qəsəbəsinin mərkəzi yollarında və meydanında, həmçinin qəsəbəyə giriş-çıxış yollarında polis nəzarəti davam edir.


Əziz Seyidov – Bakı şəhər prokuroru

Bu gün 08.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olmuş, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Nardaran qəsəbəsinin sakinlərindən, onların əmin-amanlığının təmin olunması naminə keçirilən xüsusi əməliyyat zamanı hüquq qaydasına ciddi riayət etmələri, ictimai asayiş, hakimiyyət nümayəndələrinin həyat və sağlamlığı üçün təhlükə törədən və şərait yaradan hərəkətlərə yol verməmələri, göstərişlərinə əməl etmələri tələb olunur.






Nardaranda vəziyyət

Eyni zamanda bildirilir ki, xüsusi əməliyyatı həyata keçirən qüvvələrə müqavimət göstərən, silahlı və ya silah qismində əşyalarla hücüm edən, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verən şəxslər haqqında qanun çərçivəsində dərhal ən ciddi tədbirlər görüləcək.

Xüsusi əməliyyat Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və onun gedişi mütəmadi məruzə olunur.




Nardaran qəsəbəsi

mənbə :
anspress

Prokuror da Nardarana geldi