İçeriğe geçmek için "Enter"a basın

İki azyaşlı uşağını boğub öldürən anaya hökm oxundu

01-12-2015


01.12.2015 / 10:59 xeber –

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki azyaşlı körpəsi qətlə yetirən 1988-ci il təvəllüdlü Nəsibə Qurbanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O təqsirləndirilən şəxsin 20 il müddəttinə azadlıqdan məhrum edilməsini istəyib. Hakimlər kollegiyası hökm oxuyub. Nəsibə Qurbanova 20 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, qətl bu il may ayında qeydə alınıb.

Bakının ikinci Albalı bağ massivi 515-ci bağ evində yaşayan 1988-ci il təvəllüdlü Nəsibə Nəsib qızı Qurbanova evdə tək olarkən iki körpə uşağını boğub öldürüb. Qadın daha sonra öz ürəyinə bıçaqla zərbə yetirib.

Qadın ağır yaralı olaraq xəstəxana aparılıb. Onun həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, o, 2012-ci il təvəllüdlü Ayan Asif qızı Məlikzadəni və 10 aylıq körpəsi Ayşəni boğaraq öldürüb. O hadisəni yaşamaq istəmədiyi üçün törətdiyini və övladlarını heç kimə əmanət edə bilmədiyi üçün törətdiyini bildirib.

mənbə :
lent.az

İki azyaşlı uşağını boğub öldüren anaya hökm oxundu