10:51 xeber – İspaniya La liqasında ötən mövsüm ən yaxşı futbolçularlna və baş məşqçilərinə mükafat verilib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, 2014/2015 mövsümünün ən yaxşı futbolçusu Lionel Messi seçilib.
O, həm də ötən mövsümün ən yaxşı hücumçusu seçilib. Messi 2014/2015 mövsümündə 38 oyunda ümumilikdə 43 qol vurub. Ən yaxşı qapıçı nominasiyasında, Klaudio Bravo ( “Barselona”), ən yaxşı müdafiəçi – Serxio Ramos ( “Real Madrid”), yarımmüdafiəçi Xames Rodriges ( “Real Madrid”) qalib gəlib.
“Real Madrid”in portuqaliyalı ulduz futbolçusu Kriştianu Ronaldo isə azarkeşlərin seçiminə görə ən yaxşı futbolçu mükafatını alıb. Ən yaxşı məşqçi ,ötən mövsüm La liqanın qalibi, Luis Enrike ( “Barselona”), İspaniya La liqasında ən yaxşı afrikalı futbolçu – əlcəzairli yarımmüdafiəçi Sofian Fequli ( “Valensiya”), ən yaxşı cənubi amerikalı futbolçu isə Neymar seçilib ( “Barselona”).
¡Messi alza sus dos merecidos trofeos! #PremiosLaLiga pic.twitter.com/dzIBJIiEaW— LaLiga (@LaLiga) 30 ноября 2015
mənbə :
anspress