İçeriğe geçmek için "Enter"a basın

Türk TIR-lar Azərbaycandan keçərək Orta Asiyaya çatdırılır

01-12-2015

10:21 xeber – Türkiyənin Gürcüstan -Rusiya sərhədində qalan TIR-ları Azərbaycan- Xəzər dənizi və Türkmənistan vasitəsilə Orta Asiya ölkələrinə çatdırılır.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, Türkiyənin Beynəlxalq Nəqliyyatçılar dərnəyinin rəhbəri Fatih Şener müsahibəsində deyib ki, hazırda 100 ədəd TIR Azərbaycan ərazisinə keçib və buradan Xəzər dənizindən bərələrlə Orta Asiya ölklərinə çatdırılmaqdadır. Hazırda Gürcüstan-Rusiya sərhədindən başqa, İran -Türkimənistanla sərhəddə oxşar problemlər yarandığından optimal variant dəyərlənidrilib:

“Prezident Sənaye və energetika naziri Şahin Mustafayevə göstəriş verib ki, Tranzit Yükdaşımalar üzrə koordinasiya şurasına Türkiyə Orta Asiyaya illik 50-55 min TIR yük daşıyır. 45 mini İran -ürkmənistan üzərində aparılan yükün 5 mini Türkiyə, Ukrayna və Rusiya üzərindən Qazaxıstana enir”.

Hazırki qanunverciliyə əsasən hər TIR-dan 465 dollar keçid haqqının azaldılması və ləğvi ilə bağlı məsələ də gündəmdədir. Bu problemin həlli üçün Türkiyə maliyyə nazirinin yaxın günlərdə Bakıya gələcəyini və Azərbaycan tərəfi ilə məsələni müzakirə edəcəyini söylədi.

Türk TIR-ları noyabrın 25-dən Gürcüstan- Rusiya sərhədədində problem yaradılıb. Bu məsələ iki gün sonra Bakıya gələn Türkiyə XIN Çavuşoğlunun azərbaycanlı həmkarı ilə görüşünüdə müzakirə edilib. Həmçinin Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır.

Reuters-in məlumatına görə, hazırda Rusiya-Gürcüstan sərhədində 1250 TIR qalmaqdadır.

mənbə :
anspress

Türk TIR-lar Azerbaycandan keçerek Orta Asiyaya çatdırılır