10:02 xeber – Noyabr ayının 27-də Rusiyanın İrkutsk vilayətində anası tərəfindən 7-ci mərtəbədən atılan ikinci azyaşlı da xəstəxanada dünyasını dəyişib.
Azadlıq.az xəbər verir ki, anspress-inkütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, bu barədə vilayətin Səhiyyə Nazirliyinin nümayəndəsi məlumat yayıb. Onun sözlərinə görə, 4 yaşlı uşaqda baş beyinin ciddi xəsarətləri olub və onun həyatını xilas etmək mümkün olmayıb.
“Uşaq bu gün səhər saatlarında xəstəxananın reanimasiya şöbəsində keçinib. Bütün bu günlər ərzində o, ağır vəziyyətdə idi və süni nəfəs aparatı ilə nəfəs alırdı. Ancaq bütün tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmadı”, – deyə nazirliyin nümayəndəsi bildirib.
Məsələ ilə bağlı İrkuts vilayətindəki Azərbaycan konqresinin sədri Əlirza Salayev bildirib ki, ana və övladlarının meyitləri yaxın günlərdə Azərbaycana gətiriləcək:
“Ailə başçısı bizim konqresin üzvüdür. Onların bütün qohumları Azərbaycanda yaşayır. Buna görə də meyitlərin yaxın günlərdə ölkəmizə göndərəcəyik”, – deyə Ə. Salayev bildirib.
Hadisənin baş verdiyi bina
Noyabr ayının 27-də Rusiyada dəhşətli hadisə baş verib. Azərbaycanlı ailənin xanımı əvvəl iki azyaşlı övladını sonra özünü pəncərədən atıb.
Axşam işdən evə qayıdan kişi, həyat yoldaşının həyətdə qarın içində cansız cəsədini görüb. Məlum olub ki, onun 32 yaşlı həyat yoldaşı əvvəl 4 və 2 yaşlı övladlarını, sonra isə özünü binanın 8-ci mərtəbəsindən atıb. Ana yerindəcə dünyasını dəyişib. Xəstəxanaya aparılan uşaqlardan balacasının həyatını xilas etmək mümkün olmayıb. 4 yaşlı uşaq isə xəstəxanada bu gün dünyasını dəyişib.
Hələlik ananın bu gözlənilməz addımın səbəbi sirr olaraq qalır. Artıq qərara alınıb ki, dəfn mərasimi Azərbaycanda keçiriləcək. Ölən qadın və əri 2011-ci ildə Azərbaycanda ailə qurub və toydan sonra İrkutska köçüblər.
Faktla bağlı artıq cinayət işi açılıb.
Hadisədən sonra Rusiyanın uşaq hüquqları üzrə səlahiyyətli nümayəndəsi Pavel Astaxov hadisəni nəzarətə götürüb.
“Biz bu faciənin bütün detallarını araşdırırıq. Hadisəyə nəyin səbəb olmasını müəyyən etməliyik. Bilməliyik ki, bu dəhşətli addımı atmağa nə vadar edib – psixi pozğunluq, sosial səbəblər, yoxsa başqa bir şey? Əfsuslar olsun ki, bu, ilk belə hal deyil” – deyə Astaxov bildirib.
Pavel Astaxov – Rusiya prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs
Həmçinin oxu: Rusiya rəhbərliyi azərbaycanlı ailənin faciəsini nəzarətə götürdü
mənbə :
anspress