İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda qar yağacaq

01-12-2015

09:43 xeber – Dekabrın 1-də Bakı və Abşeron yarımadasında gün ərzində hava buludlu və çiskinli keçəcək. Axşama doğru buludluluq artacaq. Havanın temperaturunun gündüz 16 ° isti olacağı ehtimal olunur.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən – Gədəbəy rayonlarında hava yağmurlu keçəcək. Gündüz saatlarında yağan sulu qar axşama doğru daha da artacaq. Havanın temperaturunun 9° isti olacağı gözlənilir.

Qərb bölgələr:Qazax, Gəncə, Göranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən buludlu və yağıntılı. Səhər saatlarında da bu bölgələrdə çiskinlik üstünlük təşkil edəcək. Axşama doğru yağış kəsiləcək. Havanın temperaturu isə 14° istini göstərəcək.

Şimal-qərb bölgələri: Balakən, Zaqatala , Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Xaçmaz və Qusar rayonlarında hava yağmurlu keçəcək. Səhər saatlarında sulu qar və qar yağacaq. Havanın temperaturunun 12° isti olacağı müşahidə olunacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən buludlu və yağıntılı olacaq. Səhər saatlarında yağan yağış günün ikinci yarsından sonra sulu qarla əvəzlənəcək. Havanın temperaturu 14° isti olacaq.

Cənub-şərq bölgələr: Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gündüz hava əsasən yağmurlu və çiskinli olacaq. Bəzi ərazilərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gündüz 14° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasının ərazisində də dəyişkən buludlu, yağmurlu olacaq. Səhər saatlarında zəif duman olacaq, günün sonuna döğru yağış kəsəcək. Temperatur isə 15° istini göstərəcək.

mənbə :
anspress

Azerbaycanda qar yağacaq