İçeriğe geçmek için "Enter"a basın

Eskpert: “Elektromobil istehsalı qlobal istiləşmənin qarşısını ala bilər”

05-11-2021

[r32]
xeber –

“Biz qlobal istiləşmə mövzusu ilə bağlı müzakirələr aparırıq və yaxşıdır ki, bu məsələyə siyasətçilər də münasibət bildirirlər”.

“Report” xəbər verir ki, bunu Moldovanın keçmiş baş naziri Çiril Qaburici VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirələrində deyib.

“Gələcəyin enerji infrastrukturunun necə görünəcəyinə gəlincə, biz elektrik avtomobillərinin rolunu qeyd etməliyik. Elektromobillər havaya daha az karbon qazı buraxırlar. Bu tip istehsalat qlobal istiləşmənin qarşısını ala bilər”, – deyə o, qeyd edib.

Ekspert onu da deyib ki, iqlim dəyişmələri dünyanın bütün bölgələrinin prirotetləri sırasında deyil: “Biz həmçinin istehlakın yüksək səviyyədə olduğunu müşahidə edirik, bəzən həddindən artıq israfçılığın şahidi oluruq. Aramızda çox az adam anlayır ki, biz istehlakı artırdıqca, bu, ətraf mühitə də mənfi təsir göstərir. Dövlətlər yeni layihələrə imza atmalıdır, proseslər tənzimlənməlidir”.


mənbə :
Report.az

Eskpert: “Elektromobil istehsali qlobal istilesmenin qarsisini ala biler”