İçeriğe geçmek için "Enter"a basın

Bəzi göydələnlərdə qaz problemi davam edir

01-12-2015

02:33 xeber – Bakıdakı qöydələnlərdən birinin sakinləri yaşadıqları binaya hələ də təbii qaz çəkilməməsindən şikayətçidirlər. Onlar, 10 ildir burada məskunlaşıblar, amma buna baxmayaraq mənzilləri qazla təmin edilməyib.

Söhbət Nərimanov rayonu, Heydər Əliyev prospekti, 81-89 ünvanında yerləşən “Şəlalə” MTK-ya məxsus olan çoxmərtəbəli binadan gedir.

Qonşular deyir ki, hər dəfə MTK-ya qazla bağlı şikayət edəndə onlara bu il qaz veriləcəyini deyirlər. Amma artıq bu cavab 10 ildir ki, təkrarlanır. Binaya qaz borusu çəkilibdə. Bu il də havalar soyuyandan sakinlər yenə MTK-ya müraciət ediblər.

Sakinlər isə mənzillərini işıq enerjisilə isitməyə məcbur olurlar ki, bu da onlara qış aylarında baha başa gəlir. Qış aylarında mənzil sahibləri 150-200 manat işıq üçün pul ödəyirlər.

Şikayətçi Sərkar Nəzərov deyir ki, neçə illərdir ki, bu binanın sakinlərini aldadırlar, hər il bizə söz verirlər ki, bu il qaz vercəyik.

Şikayətçi Elnur Məmmədov isə qeyd edir ki, onların işi qaz balonu daşımaqdır.

Binaya qazın verilməməsilə bağlı “Şəlalə” MTK-ya üz tutduq. Qapını döysək də, amma açan olmadı.

“Azəriqaz” İstehsalat Birliyindən bildirdilər ki, “Şəlalə” MTK binaya qazın verilməsilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etməyib.

Deyəsən sakinlər bu ildə qışı qazsız keçirməli olacaqlar.

mənbə :
anspress

Bezi göydelenlerde qaz problemi davam edir